Sensizliye Öyret Meni – Nüsret Kesemenli

Sensizliye öyret meni,
Unutdur baxışlarını,
Qara gözünü, qaşlarını..
Sil gözünün yaşlarını,
Demedim ki kövrelt meni,
Sensizliye öyret meni..

Bir ac quşam, bax densizem,
Özge yerde, çemensizem,
Gör neçe ildi sensizem..
Yorur axı hesret meni,
Sensizliye öyret meni..

Sensizliye dustaq olum,
El çatmayan bir dağ olum..
Sen külek ol, yarpaq olum,
Ese-ese titret meni,
Sensizliye öyret meni..

Özge eller ovutmuşam,
Elin bilib berk tutmuşam..
Men özümü unutmuşam,
Mensizliye öyret meni..

 

Nüsret Kesemenli kimdir?

Nüsret Kesemenli 29 dekabr 1945-cı ilde Ağstafa rayonu rayonunda anadan olmuşdur. Azerbaycan Dövlet Universitetinin jurnalistika fakültesine daxil olmuşdur (1966). Universitetin II kursunda iken “Bakı” ve “Baku” qezetlerinde müxbir, edebi işçi vezifelerine qebul edildiyine göre qiyabi şöbeye keçirilmişdir (1969). Universiteti bitirdikden sonra Azerbaycan Yazıçılar İttifaqında referent ve edebi meslehetçi olmuşdur (1978-1985).

1960-cı illerin evvellerinden bedii yaradıcılığa başlamışdır. 150-dek şerine musiqi bestelenmişdir. “Boş kendlerin harayı”, “Mövzu üzre improvizasiya”, “enbizlerin keşiyinde”, “Sovet Azerbaycanına seyahet” ve s. senedli filmlerin, “Afroditanın qolları”, “Qarabağ ehvalatı” bedii filmlerin ssenari müellifıdir. Moskvada genc yazıçıların VI,VII Ümumittifaq müşavirelerinde iştirak etmişdir.

Feal ictimaiyyetçi olmuşdur: Azerbaycan Yazıçılar İttifaqında Hemkarlar Komitesinin sedri (1981-1984), medeniyyet işçileri hemkarlar ittifaqı respublika komitesi reyaset heyetinin üzvlüyüne namized, Azerbaycan Tarix ve Medeniyyet Abideleri Mühafize Cemiyyetinin üzvü, Azerbaycan Yazıçılar İttifaqının VI,VII qurultayında idare heyetinin üzvü, poeziya şurasının sedri seçilmişdir. C.Cabbarlı adına “Azerbaycanfilm” kinostudiyasında baş redaktor işlemişdir (1985-ci ilden). “Dünyaya pencere” senedli televiziya verilişinin ssenari müellifi ve aparıcısı olmuşdur (1985-ci ilden).15 oktyabr 2003-cü ilde Tebrizde vefat etmişdir.

One Comment

Add a Comment

Your email address will not be published. Required fields are marked *