Sevgilinizin əvvəldən bilmədiyiniz, evləndikdən sonra ortaya çıxan hansı xasiyyəti sizi evləndiyinizə peşman edər?
|Birini çox sevdiniz. Gözəldi və ya yaraşıqlıdı, ağıllıdı, xasiyyəti tam siz istəyəndi. O qədər çox sevdiniz ki, həyatınızı onunla birləşdirmək qərarına gəldiniz. Və evləndiniz.
Sonradan baxdınız ki, sevib evləndiyiniz şəxsin yeni yeni xasiyyətləri ortaya çıxır.
Bəs sevgilinizin əvvəldən bilmədiyiniz, evləndikdən sonra ortaya çıxan hansı xasiyyəti sizi evləndiyinizə peşman edər? Xahiş edirik hər kəs şərhlərə yazsın.
3 Comments
Evlenmeden önce çox medeni insan idi. Evlendi tamamile deyişdi. Herden deyirem men sevgili olan vaxtlardakı oğlanı isteyirem, geri getir onu. Deyir o uje qaldı o vaxtda. Onda sene özümü yaxşı göstermeye çalışırdım ki evlenesen menle. Amma artiq evliyik.
Bu necə sualdı bu cür veribsiniz? Birisini sevdinizsə artıq hər halı ilə sevməlisiniz. Sevgilinizin əvvəldən bilmədiyiniz, evləndikdən sonra ortaya çıxan hansı xasiyyəti sizi evləndiyinizə peşman edər? deyə bir sual olmaz.
Hecbir xususiyyet meni sevdiyimnen soyuda bilmez! Onu her haliyla sevirem bu ne demek!