Ana və Övlad
|1 yaşında olanda sizi əlləri ilə baslədi və təmizlədi. Bütün gecə ağlayıb onu yatmağa qoymayaraq təşəkkür etdiniz.
2 yaşında olanda sizə yeriməyi öyrətdi. Sizi çağıranda otaqdan qaçmaqla təşəkkür etdiniz.
3 yaşında olanda sizin üçün dadlı yeməklər hazırladı. Qabınızı stolun altına tökərək təşəkkür etdiniz.
4 yaşında olanda sizə rəngarəng qələmlər hədiyyə etdi. Evin bütün divarlarına şəkil çəkərək təşəkkür etdiniz.
5 yaşında olanda sizi gözəl paltarlarla bəzədi. Gördüyünüz ilk palçıq bataqlığına girərək təşəkkür etdiniz.
6 yaşında olanda məktəbə qədər sizinlə gəldi. Siz küçədə Getməyəcəəəəm deyərək təşəkkür etdiniz.
7 yaşında olanda sizə bir top aldı.Qonşunun pəncərəsini sındıraraq təşəkkür etdiniz
9 yaşında olanda sizə piano müəllimi tapdı. Notları bir gün çalmayaraq təşəkkür etdiniz.
10 yaşında olanda ad günlərindən tutmuş digər tədbirlərə qədər sizi avtomobillə hər yerə apardı. Avtomobildən düşüb arxanıza baxmadan qaçaraq təşəkkür etdiniz.
11 yaşında olanda sizi dostunuzla kinoya apardı. “Sən bizimlə oturma” deyərək təşəkkür etdiniz.
12 yaşında olanda ziyanlı televiziya proqramlarına baxmamağınızı xahiş etdi. O evdə olmayanda hamısına baxaraq təşəkkür etdiniz.
15 yaşında olanda sizi xaricə yay düşərgəsinə göndərdi. Bir tək sətir də olsa, məktub yazmayaraq təşəkkür etdiniz.
17 yaşında olanda dostlarınızla əylənməyə getməyə icazə verdi. Evə zəng etmədən səhərə yaxın evə qayıdaraq təşəkkür etdiniz.
19 yaşında olanda məktəb xərclərinizi ödədi, əşyalarınızı məktəbə özü apardı. Dostlarınız onu görməsin deyə qapıda görüşüb yola salaraq təşəkkür etdiniz.
21 yaşında olanda iş həyatınız və karyeranızla bağlı sizə məsləhət vermək istədi. “Mən sənin kimi olmayacam” deyərək təşəkkür etdiniz.
22 yaşında olanda universitetdən məzun olmağınıza görə qürürla sizə sarıldı. Avropa səyahəti üçün pul istəyərək təşəkkür etdiniz.
24 yaşında olanda uzun müddətdir gəzdiyiniz oğlanı tanımaq istədiyini dedi. “Vaxtı gələndə tanıyarsan” deyərək təşəkkür etdiniz.
25 yaşında olanda toy xərclərinizi ödədi, sizinlə xoşbəxt olduğunu və qürür duyduğunu dedi. Siz başqa bir yerə köçərək təşəkkür etdiniz.
30 yaşında olanda uşağa baxmaqla bağlı məsləhətlər vermək istədi. “Artıq bu metodlar köhnə metodlardır” deyərək təşəkkür etdiniz.
40 yaşında olanda sizə zəng edərək bir qohumunuzun ad günü olduğunu bildirdi. “Ana, işim başımdan aşır” deyərək təşəkkür etdiniz.
50 yaşında olanda o çox xəstələndi, həftə sonu onu görməyə gedəndə çox sevindi. Ona yaşlıların uşaq kimi nazlı olduğunu deyərək təşəkkür etdiniz.
Və bir gün….. o öldü. O günə qədər onun üçün etmədiyiniz nə varsa, o anda qəlbinizə bir ildırım kimi düşdü…