Ağlama
|Sevgini qəlbində büküb saxlama
Bu sevən qəlbimi mənim dağlama
Sağ ikən üzümə gülməmisənsə
Sənə yalvarıram, ölsəm ağlama
Hamı qonaq qalır bil ki, dünyada
Əbədi yaşamaq olar xülyada
Heç kəs qalmayacaq qoca dünyada
Mən qara torpağa düşsəm ağlama
Yuxu da getməyir gecə gözümə
Mən təəccüb qalmışam özüm özümə
Yenə inanmasan mənim sözümə
Mən səni daş ürək bilsəm ağlama
Sevgi sevinc deyil inan ki qəmdi
Bu qəm ürəyimdə yığılıb cəmdi
Şamı qaranlıqda əriyən şəmdi
Bir gün sönəcəyəm, sönsəm ağlama
2 Comments
Onsuzda bu dunyada insanlara sagliginda qiymet vermirler
yox olsun o can ki, yar yolunda cefalar cekmeyecek…